Yuxarı
    Bağlamaq

    ​Ukraynada azərbaycanlılara məxsus restoranlar yandırılıb

    Hadisənin qisas zəminində baş verdiyi bildirilir

    Bakı. 9 aprel. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində Azərbaycanlılara məxsus olduğu bildirilən iki restoran yandırılıb.

    "Report" "Dumskaya.net" saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindəki mənbə məlumat verib.

    Məlumata görə, hadisə aprelin 8-də axşam saatlarında baş verib. Yanğına Akademik Qluşko küçəsində yerləşən "Sultan" və "Sedmaya stantsiya Bolşoqo Fontana"dakı "Abşeron" restoranları məruz qalıb.

    Mənbənin məlumatına görə, restoranların yandırılması Yəhudi xəstəxanasında baş verən silahlı insidentlə birbaş əlaqəlidir.

    Xatırladaq ki, ötən gün gecə saatlarında Odessada bir neçə faciəvi hadisə baş verib. Şəhərin Deribasovski küçəsində bir qrup şəxs qadına görə mübahisə edib, atışma olub, bir neçə nəfər Yəhudi xəstəxanasına yerləşdirilib. Narazı ikinci tərəf tibb müəssisəsinə daxil olub və bir neçə dəfə atəş açıb. Nəticədə tayboks üzrə Avropa çempionu Sergey Laşenko ölüb.

    "Bu dostlarını itirən və vəziyyəti tam olaraq başa düşməyən insanların emosional qisasıdır. Onlar əsl qatili tapmaq əvəzinə, onun bütün həmyerlilərindən qisas almaq qərarına gəliblər və diaspor üzvlərindən birinə məxsus olan restoranlar qarşılarına çıxıb. Xoşbəxtlikdən, azərbaycanlılar vəziyyəti başa düşdülər və əvəzini çıxmadılar. Kimlərsə bunu etnik zəmində qarşıdurma kimi təqdim etmək istəyir", - deyə mənbə bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi