Ukraynada azərbaycanlı "qanuni oğru" tutulub

Ukraynada azərbaycanlı "qanuni oğru" tutulub O, ölkə ərazisindən çıxarılıb
Hadisə
8 İyul , 2018 18:29
Ukraynada azərbaycanlı qanuni oğru tutulub

Bakı. 8 iyul. REPORT.AZ/ Ukraynanın Lvov vilayətinin polis əməkdaşları kriminal aləmdə Dato Ağcabədinski kimi tanınan azərbaycanlı "qanuni oğru"nu saxlayıblar.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, 43 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Cəmil İntizar oğlu artıq Ukrayna ərazisindən çıxarılıb və onun ölkəyə girişinə 5 il müddətinə qadağa qoyulub.

Ukrayna Milli Polisinin məlumatına görə, Dato Ağcabədinski Ukrayna ərazisinə qanunsuz daxil olub. Çünki iki ay bundan əvvəl o, Ukraynaya girişinə 3 il qadağa qoyulmaq şərti ilə ölkədən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi