​Ukraynada azərbaycanlı insanların gözü qarşısında qətlə yetirilib - FOTO - VİDEO

​Ukraynada azərbaycanlı insanların gözü qarşısında qətlə yetirilib - FOTO - VİDEO Döş qəfəsindən iki bıçaq yarası almış gənc Admiral prospektində tapılıb
Hadisə
7 Fevral , 2016 14:13
​Ukraynada azərbaycanlı insanların gözü qarşısında qətlə yetirilib - FOTO - VİDEO

Bakı. 7 fevral. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində əslən Azərbaycandan olan 32 yaşlı şəxs qətlə yetirilib.

"Report" xəbər verir ki, bu barədə "Dumskaya" nəşrinə Baş Milli Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qətl ötən gün axşam saatlarında şəhərin Admiral prospektində yerləşən "Vımpel" barı yaxınlığında baş verib. Zərərçəkən döş qəfəsindən iki bıçaq yarası alıb.

"Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə cinayət işi başlanıb. Cinayətdə əli olan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür", — deyə polisdən bildirilib.

Şahidlərin sözlərinə görə, baş verənlər adi münaqişədən çox soyuqqanlı hesablaşmanı xatırladıb: oğlan bardan çıxaraq öz "Mercedes" markalı maşınına əyləşib və bu zaman ona üç nəfər hücum edib. Onlar zərərçəkəni maşından çıxararaq döyməyə başlayıblar, daha sonra isə bıçaqlayıblar.

"Onlar kiminsə bunu görəcəyindən, onları dayandıracağından çəkinmirdilər. Orada hər yerdə kamera var", - deyə hadisə şahidi məlumat verib.

"Dumskaya" nəşri yazır ki, öldürülən şəxs uzun müddətdir Ukrayna vətəndaşı olsa da, əslən Azərbaycandandır.

Son xəbərlər

Orphus sistemi