Ukraynada azərbaycanlılarla erməni və yerli millətdən olan gənclər arasında dava düşüb

Ukraynada azərbaycanlılarla erməni və yerli millətdən olan gənclər arasında dava düşüb Hər iki tərəfdən yüngül xəsarət alanlar olub
Hadisə
1 Avqust , 2017 16:35
Ukraynada azərbaycanlılarla erməni və yerli millətdən olan gənclər arasında dava düşüb

Kiyev. 1 avqust. REPORT.AZ/ Ukraynada azərbaycanlılarla erməni və yerli millətdən olan gənclər arasında dava düşüb.

"Report"un xəbərinə görə, hadisə iyulun 30-dan 31-ə keçən gecə Kiyevin mərkəzindəki "Arena City" adlı gecə klubunun yaxınlığında baş verib. 

Hadisə yerli millətdən olan bir neçə gəncin 3 azərbaycanlı ilə mübahisə nəticəsində başlayıb. Klubdakı iki erməni gəncin qarşı tərəfdən müdaxiləsi ilə azərbaycanlılarla əlbəyaxa dava düşüb. Polis insidentə müdaxilə etməyib. Ətrafdakıların müdaxiləsi ilə yatırılan davada hər iki tərəfdən yüngül xəsarət alanlar olub.

Son xəbərlər

Orphus sistemi