Ukraynada soyğunçuluqda şübhəli bilinən 4 Azərbaycan vətəndaşının məhkəməsi başlayır

Ukraynada soyğunçuluqda şübhəli bilinən 4 Azərbaycan vətəndaşının məhkəməsi başlayır Bakı. 4 yanvar. REPORT.AZ/ Ukraynanın Lvov vilayətində soyğunçuluq və qətl törətməkdə şübhəli bilinən 4 Azərbaycan vətəndaşının məhkəməsi başlayır.
Hadisə
4 Yanvar , 2019 13:01
Ukraynada soyğunçuluqda şübhəli bilinən 4 Azərbaycan vətəndaşının məhkəməsi başlayır

Bakı. 4 yanvar. REPORT.AZ/ Ukraynanın Lvov vilayətində soyğunçuluq və qətl törətməkdə şübhəli bilinən 4 Azərbaycan vətəndaşının məhkəməsi başlayır.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Lvov vilayətinin prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Məhkəməyəqədərki istintaqın məlumatlarına əsasən, şübhəlilər ötən ilin iyun ayında Brodovski rayonundakı evlərin birinə soyğunçuluq məqsədi ilə basqın ediblər və evin 59 yaşlı sahibini döyərək öldürüblər.

Onlar zərərçəkənin baş və boyun nahiyyəsindən metal dəyənəklə vurublar, evin sahibi aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Məhkəməyəqədərki istintaq zamanı şübhəlilərin hər biri barəsində girovla azadlığa buraxılma alternativi olmadan nəzarət altında saxlanma tədbiri seçilib.

Qeyd edək ki, məhkəmənin ittiham hökmü çıxaracağı halda təqsirləndirilənlərdən ikisi 7 ildən 12 ilədək, digər ikisi isə 7 ildən 15 ilədək həbs cəzası ala bilər.

Son xəbərlər

Orphus sistemi