Ukraynada Azərbaycan vətəndaşı piyadanı vuraraq öldürüb

Ukraynada Azərbaycan vətəndaşı piyadanı vuraraq öldürüb Yaralı hadisə yerində keçinib
Hadisə
10 Dekabr , 2017 00:56
Ukraynada Azərbaycan vətəndaşı piyadanı vuraraq öldürüb

Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabrın 8-də Ukraynanın Lvov şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Lvov vilayət dövlət administrasiyasının məlumatında bildirilir.

Hadisə axşam saat 20:15 radələrində, Qorodotskaya – Aviatsionnaya küçlərinin kəsişməsində qeydə alınıb. Qəzanı Lvovda yaşayan 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşı törədib.

O, idarə etdiyi KİA "Sorento" markalı avtomobil ilə piyada keçidinin üzərində qadını vurub. Piyada aldığı xəsarətlərdən yerində keçinib.

Son xəbərlər

Orphus sistemi