Ukraynada Azərbaycan əsilli kriminal avtoritetlər saxlanılıb - FOTO

Ukraynada Azərbaycan əsilli kriminal avtoritetlər saxlanılıb - FOTO Əməliyyat zamanı Mərkəzi Ukraynanın 27 kriminal avtoriteti saxlanılıb
Hadisə
22 Sentyabr , 2017 11:31
Ukraynada Azərbaycan əsilli kriminal avtoritetlər saxlanılıb - FOTO
0522.ua

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ukrayna Milli Polisinin əməkdaşları Kirovoqrad vilayətində kriminal avtoritetlərin toplaşdığı "Şaşlıçnıy" kafe-restoranında reyd keçiriblər.

"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı Mərkəzi Ukraynanın, xüsusilə Kirovoqrad, Dnepropetrovsk və Nikolayev vilayətlərinin 27 kriminal avtoriteti saxlanılıb.

Görüşün məqsədi həmin şəxslər arasında təsir dairələrinin bölüşdürülmə məsələsinin həlli olub. Saxlanılanların üzərindən bir neçə ədəd odlu silah, o cümlədən, iki avtomat, qumbara götürülüb.

Saxlanılanlar arasında Azərbaycan əsilli Nəcəb Əhmədov, Əkbər Zeynalov, Şükür Hümmətov və başqaları var.

Son xəbərlər

Orphus sistemi