Ukraynada 4 azərbaycanlı quldurluq yolu ilə 55 min dollar oğurlayıb

Ukraynada 4 azərbaycanlı quldurluq yolu ilə 55 min dollar oğurlayıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Ukraynanın Xarkov vilayətinin İzümski Şəhər Məhkəməsi düz yolun ortasında quldurcasına basqın təşkil edən bir Ukrayna və dörd Azərbaycan vətəndaşı barəsində həbs qərarı çıxarıb.
Hadisə
5 Sentyabr , 2018 00:39
Ukraynada 4 azərbaycanlı quldurluq yolu ilə 55 min dollar oğurlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ukraynanın Xarkov vilayətinin İzümski Şəhər Məhkəməsi düz yolun ortasında quldurcasına basqın təşkil edən bir Ukrayna və dörd Azərbaycan vətəndaşı barəsində həbs qərarı çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğu məlumat yayıb.

Hadisə iyunun 9-da İzümski rayonunun Oskol kəndi yaxınlığında baş verib. Qarətçilər "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, "Şkoda" ilə süni qəza törədiblər. "Şkoda"nın sürücüsü maşından çıxanda isə bir neçə maskalı kişi hücum edərək onu döyüb. Sürücü huşunu itirdikdən sonra isə onlar maşından 55 min dollar götürüblər.

Maskalılar daha sonra öz maşınlarını meşəlik əraziyə apararaq yandırıblar.

Faktla bağlı "zorakılıqla müşahidə olunan quldurluq" maddəsi üzrə cinayət işi davam edir. İndi hadisəni törədən şəxsləri əmlakları müsadirə olunmaq şərti ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi