Ukraynada 2 il əvvəl qətl törədən şəxs Azərbaycanın tanınmış idmançısıdır - YENİLƏNİB

Ukraynada 2 il əvvəl qətl törədən şəxs Azərbaycanın tanınmış idmançısıdır - YENİLƏNİB Ukraynanın paytaxtı Kiyevdə qətl törətdikdən iki il sonra Bakıda saxlanılan Yasin Həsənovun idmançı olduğu müəyyənləşib.
Hadisə
22 İyun , 2020 19:30
Ukraynada 2 il əvvəl qətl törədən şəxs Azərbaycanın tanınmış idmançısıdır - YENİLƏNİB

Ukraynanın paytaxtı Kiyevdə qətl törətdikdən iki il sonra Bakıda saxlanılan Yasin Həsənovun idmançı olduğu müəyyənləşib.

"Report"un məlumatına görə, Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration üzrə yığma komandalarının üzvü olub.

O, 20 fevral 1987-ci ildə Qazaxıstanın Karaqanda şəhərində doğulsa da, idmançı kimi nailiyyətlərini Bakıya gəldikdən sonra əldə edib.

Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu 90 kq çəki dərəcəsində 4 dəfə sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə ölkə çempionu və mükafatçısı olub. O, beynəlxalq nailiyyətlərə də imza atıb. Həsənov 2009-cu ildə həm cüdo üzrə Dünya Kubokunun, həm də sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı adını qazanıb.


*** 16:24

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində 2018-ci ilin iyulun 3-də Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs Bakı şəhərində saxlanılıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adamöldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan paytaxt sakini Yasin Həsənov tutulub.

Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. 

Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.

Faktla bağlı Baş İdarədə Yasin Həsənov ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Davud Ağayev
Davud Ağayev

Son xəbərlər

Orphus sistemi