​Azərbaycan sərhədçiləri Ukrayna vətəndaşının avtomobilindən 5 kq-dan artıq marixuana aşkar ediblər

​Azərbaycan sərhədçiləri Ukrayna vətəndaşının avtomobilindən 5 kq-dan artıq marixuana aşkar ediblər Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
2 İyul , 2015 11:53
​Azərbaycan sərhədçiləri Ukrayna vətəndaşının avtomobilindən 5 kq-dan artıq marixuana aşkar ediblər

Bakı. 2 iyul. REPORT.AZ/ Tovuz Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda Ukrayna vətəndaşının avtomobilindən 5310 qram qurudulmuş marixuana aşkar edilib. 

"Report"un Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, narkotik vasitə Gürcüstan ərazisindən transit keçməklə Azərbaycana gələn Ukrayna vətəndaşı İmanov Şahin Ənvər oğlunun idarə etdiyi “ZAZ SENS” markalı, AE7402CT nömrə nişanlı minik avtomobilinə keçirilən gömrük nəzarəti zamanı aşkar edilib. O, Ukraynadan gəlirmiş. 

Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində yerləşən qaz yanacağı balonunun içərisindən ümumi xalis çəkisi 5310 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Gizlədilən narkotik vasitə 37 ədəd polietilen torbalara bükülərək üzəri yapışqanlı lentlə bərkidilmiş vəziyyətdə olub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi