​Ukrayna vətəndaşını qarət edən azərbaycanlı saxlanılıb

​Ukrayna vətəndaşını qarət edən azərbaycanlı saxlanılıb O, qızı bıçaqla hədələyərək üzüyünü əlindən alıb
Hadisə
30 Mart , 2015 23:17
​Ukrayna vətəndaşını qarət edən azərbaycanlı saxlanılıb

Bakı. 30 mart. REPORT.AZ/ Kiyevdə yerli sakini zorlayaraq qarət edən 27 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" TSN telekanalına istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gecə saatlarında qızın evinə az tanıdığı və əvvəllər bir neçə dəfə evə dəvət etdiyi şəxs gəlib və ona binanın pilləkənlərində söhbət etməyi təklif edib. Qız bloka çıxdıqdan sonra həmin şəxsin sərxoş olduğunu və özünü kobud apardığı görüb. O, mənzilə geri dönmək istəsə də, kişi bıçaq çıxardaraq ona hədə-qorxu gəlməyə başlayıb. Gənc oğlan qızın üz nahiyəsinə bir neçə zərbə endirib. O, daha sonra qıza qarşı cinsi xarakterli hərəkətlər edib və zərərçəkənin üzüyünü barmağından çıxardaraq qaçıb.

Növbəti gün zərərçəkən milisə xəbər edib.

Hüquq-mühafizə orqanları kişinin şəxsiyyətini və olduğu yeri müəyyən ediblər.

Təhqiqat aparılır. Şübhəli şəxs həbsdə saxlanılır.

Son xəbərlər

Orphus sistemi