Ukrayna vətəndaşını istismar etməkdə təqsirləndirilən azərbaycanlılarla bağlı protest təmin edilməyib

Ukrayna vətəndaşını istismar etməkdə təqsirləndirilən azərbaycanlılarla bağlı protest təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb
Hadisə
14 Dekabr , 2017 10:24
Ukrayna vətəndaşını istismar etməkdə təqsirləndirilən azərbaycanlılarla bağlı protest təmin edilməyib
Report

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Bakıda Ukrayna vətəndaşını fermada istismar etməkdə təqsirləndirilənlər - Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev və Ədalət Əliyevin barəsindəki hökmdən zərərçəkmişin apellyasiya şikayəti və prokurorluq tərəfindən təqdim edilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, həmin şəxslər Ukrayna vətəndaşı Viktor Poroşenkonu Azərbaycanda istismar etməkdə təqsirli biliniblər. Onlar həmin şəxsi Bakıda bağ evində saxlayıb, istismar ediblər.

İstintaq dövründə N.Cahangirov, M.Əliyev, A.Əliyev və Ə.Əliyevin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 144-2.2.6-cı (insan alveri, qabaqcadan mütəşəkkil dəstə tərkibində) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti, prokurorluq isə apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi