"Report" Ukrayna Ali Radasının "Qolos Ukrainı" qəzetinə istinadən xəbər verir ki, bu barədə "Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi" ictimai təşkilatının sədri İlqar Məmmədov məlumat verib.
"Biz, Ukrayna azərbaycanlıları, çətin günlərində ölkənin yanında olmaq istəyirik. Burada yaşadığımız kimi, Ukraynanın müstəqilliyi uğrunda da döyüşürük. Artıq üç azərbaycanlı anti-terror əməliyyatları zonasında həlak olub", - deyə İ. Məmmədov bildirib.
Qeyd edək ki, "Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi" Jitomir şəhər hərbi hospitalında müalicə alan hərbçilərə yardım göstərib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə həyata keçirilən xeyriyyə aksiyası çərçivəsində, hərbçilərə soyuducu, televizor, həmçinin meyvə şirələri və dərman pereparatları verilib.
Xatırladaq ki, hazırda hospitalda 132 hərbçi müalicə alır.