Ağstafada sürücünün dönmə işığını yandırmaması qəzaya səbəb olub, 3 nəfər yaralanıb

Ağstafada sürücünün dönmə işığını yandırmaması qəzaya səbəb olub, 3 nəfər yaralanıb Qəza şəhərin özündə baş verib
Hadisə
5 İyun , 2017 00:26
Ağstafada sürücünün dönmə işığını yandırmaması qəzaya səbəb olub, 3 nəfər yaralanıb
Report.az

Ağstafa. 4 iyun. REPORT.AZ/ Ağstafa rayonunda baş vermiş avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa şəhərində baş verib.

"Mercedes-Benz" markalı avtomobillə "VAZ" markalı avtomobilin toqquşması nəticəsində sürücülər və "Mersedes"də olan bir sərnişin xəsarət alaraq xəstəxanaya aparılıb. "VAZ-2106" markalı avtomobilin sürücüsü, Ağstafa rayon sakini, 1990-cı il təvəllüdlü Şuşanov Vusal Vaqif oğlunun xəsarəti orta-ağır olduğundan Travmatologiya şöbəsinə yerləşdirilib. Digər avtomobilin sürücüsü və sərnişininin vəziyyəti isə qənaətbəxşdir.

İlkin ehtimala görə, avtoqəzaya sürücülərdən birinin dönmə əməliyyatı apardığı zaman xəbərdarlıq işığını yandırmaması səbəb olub.

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi