UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb

UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb Bakı. 3 dekabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının qalibinin müəyyənləşəcəyi final mərhələsinin püşkü atılıb.
Hadisə
3 Dekabr , 2018 17:39
UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb

Bakı. 3 dekabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının qalibinin müəyyənləşəcəyi final mərhələsinin püşkü atılıb.

“Report” xəbər verir ki, A liqasının qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nın yarımfinalında Portuqaliya - İsveçrə və Hollandiya - İngiltərə cütləri mübarizə aparacaq.

Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu il iyunun 5-6-da yarımfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında yer aldığı D liqasının 3-cü qrupunda 2-ci yeri tutub və pley-offa vəsiqə qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi