Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün axşam saat 21:30 radələrində Ucar rayonunun mərkəzi bazarında yanğın baş verib.
"Report" xəbər verir ki, alov qısa müddət ərzində geniş ərazini əhatə edib.
Hadisə yerinə Ucar Dövlət Yanğından Mühafizə Xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda yanğın nisbətən məhdudlaşdırılıb. Ətrafda olan evlər yanğından mühafizə olunub.
Hadisəyə ilkin səbəb kimi elektrik naqillərində baş verən qısa qapanma göstərilir. Faktla bağlı araşdırma aparılır.

