Ucarda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Ucarda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB Ucar rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Hadisə
17 Avqust , 2019 13:53
Ucarda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Ucar rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Bakı sakinləri - 1969-cu il təvəllüdlü Rəşad Mais oğlu Hacıyev və 1962-ci il təvəllüdlü Qərib Şəfi oğlu Şəfiyevdir. Hər iki yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, "Toyota Prado" markalı minik avtomobil yol kənarında təmirə dayanıb. Bu zaman "KamAZ" markalı yük maşını ona arxadan çırpılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 12:47

Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yük maşınının "Toyota Prado" markalı minik avtomobilinə arxadan çırpılıb. Zərbənin gücündən minik avtomobili metal yolayrıcını dağıdaraq üzərinə çıxıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi