Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Mustafayev Rəcəb Ramin oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sağ sirkə kasasının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.