Ucarda yol qəzası olub, xəsarət alanlar var

Ucarda yol qəzası olub, xəsarət alanlar var Ucar rayonunda yol qəzası olub.
Hadisə
15 Noyabr , 2021 17:49
Ucarda yol qəzası olub, xəsarət alanlar var
0 : 00
0 : 00

Ucar rayonunda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Tovuz rayon sakinləri - 80 yaşlı Rəhimov Əjdər Qədir oğlu və onun həyat yoldaşı, 71 yaşlı Rəhimova Qüdrət Hümbət qızıdır.

Faktla bağlı araşdırma aparılır.

15.24

Ucar rayonunda yol qəzası olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki "Toyota" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi