Yuxarı

Ucarda yol qəzası baş verib, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Ucarda yol qəzası baş verib

© Report

Video əlavə olunub


*** 08:06

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun verdiyi məlumata görə, hadisə gecə saat 04:00 radələrində Bakı-Qazax yolunun Ucarın Müsüslü kəndindən keçən hissəsində baş verib.

Belə ki, "KAMAZ"ın sürücü 53 yaşlı Ağdərə sakini Əsgərov Ələmdar Qamboy oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən ona arxadan gələn sürücü 34 yaşlı Salyan sakini Həmidov Vüqar Vidadi oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını çırpılıb. 

Nəticədə "Mercedes"in sürücüsü müxtəlif növ bədən xəsarətləri alaraq Ucar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı aradırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi