Ucarda traktorun vurduğu velosipedçi ölüb

Ucarda traktorun vurduğu velosipedçi ölüb Ucar. 3 sentyabr. REPORT.AZ/ Ucar rayonunda yol qəzasına düşən şəxs bir həftə sonra ölüb.
Hadisə
3 Sentyabr , 2018 13:25
Ucarda traktorun vurduğu velosipedçi ölüb

Ucar. 3 sentyabr. REPORT.AZ/ Ucar rayonunda yol qəzasına düşən şəxs bir həftə sonra ölüb.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə avqustun 24-də rayonun Lək kəndi ərazisində baş verib. 

Belə ki, Qazyan kənd sakini Surxay Rəhimov idarə etdiyi “MTZ” markalı traktorla yolu velosipedlə keçən kənd sakini Cəlal Tağıyevi vurub. Xəstəxanaya yerləşdirilmiş C.Tağıyev sentyabrın 1-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi