Ucarda sürücünü qarət edənlər saxlanıldı - VİDEO

Ucarda sürücünü qarət edənlər saxlanıldı - VİDEO Ucar rayonunda qarət hadisəsi baş verib.
Hadisə
274
18 Fevral , 2020 07:17
Ucarda sürücünü qarət edənlər saxlanıldı - VİDEO

Ucar rayonunda qarət hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qarabörk kəndində qeydə alınıb.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidəhməd Daşdəmirov, Mingəçevir şəhər sakini Müşviq Səmədov və İmişli rayon sakini Telman Quliyev Yevlax rayon avtovağzalında Anar Qəribovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşərək Bakı şəhərinə gedəcəklərini bildiriblər. Onlar avtomobili Ucar rayonunun Qarabörk kəndində saxladıblar və sürücü ilə mübahisə etməyə başlayıblar. Telman Quliyev münaqişə zəminində sürücünün baş nahiyəsinə bıçaqla xəsarət yetirib, Seyidəhməd Daşdəmirov isə avtomobildə olan 123 manat pulu götürüb. Hər üç şəxs bundan sonra hadisə yerini tərk ediblər.

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib. Quldurların hadisəni törətdikləri zaman sərxoş olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi