Ucarda sürücü sükan arxasında ölü tapılıb

Ucarda sürücü sükan arxasında ölü tapılıb Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq
Hadisə
15 Fevral , 2021 19:06
Ucarda sürücü sükan arxasında ölü tapılıb

Şəmkir rayon sakini Ucar rayonunda müəmmalı şəkildə ölüb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə gündüz saatlarında Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Bərgüşad kəndindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini olduğu deyilən, hələlik ad və soyadı dəqiq məlum olmayan şəxs "Mercedes" markalı minik maşınının sürücüsüdür və maşında ölüb. Meyit ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi