Yuxarı

​Ucarda iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb

Hadisə rayonun Alpı kəndindəbaş verib

Bakı. 15 noyabr. REPORT.AZ/ Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, rayonun Alpı kəndində iki "Kamaz" markalı yük avtomobili toqquşub.

Avtomobillərdən birinin sürücüsü 1964-cü il təvəllüdlü Hüseynov Qara Dəmir oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi