Ucarda evdə müəmmalı yanğın oldu

Ucarda evdə müəmmalı yanğın oldu Ucarda müəmmalı yanğın hadisəsi ailə üzvilərini təşvişə salıb.
Hadisə
22 Sentyabr , 2020 09:38
Ucarda evdə müəmmalı yanğın oldu
0 : 00
0 : 00

Ucar rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində qeydə alınan müəmmalı yanğın hadisəsi ailə üzvlərini təşvişə salıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Rəstəcə kənd sakini Qasım Qədirova məxsus fərdi yaşayış evində baş verib. 

Ev sahibinin sözlərinə görə, təqribən 20 gündən çoxdur ki, müxtəlif vaxtlarda evdəki əşyalar anidən alovlanır. Dərhal ailə üzləri tərəfindən yanğın söndürülsə də, hadisə zamanı yanan əşyalar yararsız hala düşür.

Zərərçəkən Qasım Qədirov deyir ki, baş verən naməlum yanğın hadisəsi zamanı yalnız evdəki əşyalar alovlanır: "Bir neçə dəfə baş verən yanğın zamanı evin əşyalarının bir neçəsi yararsız hala düşüb".

Ev sahibi evdəki əşyaların tamamilə yanmasından ehtiyyat edir. Bu səbəbdən də evdə olan iki ailəyə məxsus olan bütün əşyalar evdən çıxarılaraq həyətdə təhlükəsiz yerə daşınıb.

Hazırda ailə üzvləri  baş verən naməlum yanğın hadisəsindən qorxduqları üçün gecələri qohumlarının evində keçirməyə məcbur qalıb. 

Qeyd edək ki, baş verən ilk hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət edilib. Yanğın yanğınsöndürənlərin köməkliyi ilə söndürülüb.

Son xəbərlər

Orphus sistemi