Ucarda ev yanıb - FOTO - VİDEO - YENİLƏNİB

Ucarda ev yanıb - FOTO - VİDEO - YENİLƏNİB Ucar. 18 fevral. REPORT.AZ/ Ucar rayonunda fərdi yaşayış evində yanğın söndürülüb.
Hadisə
18 Fevral , 2019 17:31
Ucarda ev yanıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Ucar. 18 fevral. REPORT.AZ/ Ucar rayonunda fərdi yaşayış evində yanğın söndürülüb. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə üç bir-birinə bitişik ikimərtəbəli yaşayış evlərindən birində qeydə alınıb.

Hadisə yerinə üç yanğınsöndürən maşın və 20-yə yaxın canlı qüvvə cəlb olunub. 

Yanğın zamanı evdə köməksiz vəziyyətdə qalan ev sahibinin uşaqları təhlükəsiz əraziyə təxliyyə edilib. 

Alovun digər evlərə keçməsinin qarşısı alınıb. 


*** 16:46

Ucar rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, yanğın Ucar şəhərinin N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.

Belə ki, rayon sakini Nofər Sehran oğlu Həsənova məxsus ikimərtəbəli ev əşyaları ilə birlikdə yanıb. 

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi