Ucar. 25 iyun. REPORT.AZ/ Ucar royununda çimərkən boğulmuş 11 yaşlı yeniyetmənin meyiti tapılaraq sahilə çıxarılıb.
"Report"un Şirvan bürosunun məlumatına görə, onun cəsədi rayonun Qulabənd kəndi yaxınlığındakı Şır-şır kanalında tapılıb.
Belə ki, FHN-nin Aran dalğıc xilasetmə qrupunun axtarışları nəticə verib. Xilasedicilər batmış Səid Zülfüqar oğlu Məmmədovun meyitini hadisə yerindən 35 killometr aralıda - Alıcanlı kəndi yaxınlığında sudan çıxarıb.
Onun meyiti aidiyyəti qurumlara təhvil verilib.