Ucarda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb - FOTO

Ucarda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb - FOTO Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 Yanvar , 2020 18:21
Ucarda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb - FOTO
Foto: "Report"

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb. 

1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə sürücü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi