Ucarda avtomobil qəzasından sonra ayaqları amputasiya edilən qadın ölüb

Ucarda avtomobil qəzasından sonra ayaqları amputasiya edilən qadın ölüb Ucar. 25 avqust. REPORT.AZ/ Ucarda avtomobil qəzasında ağır yaralanan qadın xəstəxanada ölüb.
Hadisə
25 Avqust , 2018 12:52
Ucarda avtomobil qəzasından sonra ayaqları amputasiya edilən qadın ölüb

Ucar. 25 avqust. REPORT.AZ/ Ucarda avtomobil qəzasında ağır yaralanan qadın xəstəxanada ölüb.

"Report"un Şirvan bürosu xəbər verir ki, dünən Bakı-Qazax avtomagistralının Ucar ərazisində minik avtomobilində qəzaya düşən 1963-cü il təvəllüdlü ağır yaralı Əliyeva Xatın Qara qızı rayon xəstəxanasında gecə saatlarında keçinib.

Məlumata görə, ağır durumda olan yaralının ayaqları amputasiya olunub. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəza zamanı idarəetmədən çıxan minik avtomobili aşıb. Nəticədə 3-ü ağır olmaqla 5 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi