Ucarda avtomobil dirəyə çırpılıb, sürücü yaralanıb

Ucarda avtomobil dirəyə çırpılıb, sürücü yaralanıb Hadisə Alpı kəndində baş verib
Hadisə
7 İyun , 2017 08:33
Ucarda avtomobil dirəyə çırpılıb, sürücü yaralanıb

Bakı. 7 iyun. REPORT.AZ/ Səhər saatlarında Ucarın Alpı kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “Ford” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılması nəticəsində sürücü yaralanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi