Ucarda 53 yaşlı qadın intihar edib

Ucarda 53 yaşlı qadın intihar edib Faktla bağlı araşdırma aparılır​
Hadisə
15 Fevral , 2017 21:26
Ucarda 53 yaşlı qadın intihar edib

Bakı. 15 fevral. REPORT.AZ/ Ucar rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Aidə Əbdürrəhmanova özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Əlli üç yaşlı təqaüdçü qadın ailə həyatı qurmadığından tək yaşayırmış. Məlumata görə, A. Əbdürrəhmanova bir qədər əvvəl əsəb xəstəliyindən müalicə olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi