Ucarda 50 yaşlı kişi özünü qatarın altına atıb

Ucarda 50 yaşlı kişi özünü qatarın altına atıb Onun ayağının biri amputasiya olunub
Hadisə
28 Aprel , 2017 09:27
Ucarda 50 yaşlı kişi özünü qatarın altına atıb

Bakı. 28 aprel. REPORT.AZ/ Ucar rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, Ucar şəhər 20 yanvar küçəsində yaşayan 1967-ci il təvəllüdlü Adil Mirələkbər oğlu Piriqafarov özünü rayon ərazisində dəmir yol xəttində hərəkətdə olan qatarın altına atıb.

A.Piriqafarov "Təcili yardım" maşını ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, cərrahiyyə şöbəsinə yerləşdirilən xəstə dərhal əməliyyat  edilib, onun ayağının biri amputasiya olunub. Hazırda xəstənin vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi