Ucarda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb - YENİLƏNİB

Ucarda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb - YENİLƏNİB Ucar. 2 mart. REPORT.AZ/ Ucar rayonunda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb.
Hadisə
2 Mart , 2019 16:49
Ucarda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb - YENİLƏNİB

Ucar. 2 mart. REPORT.AZ/ Ucar rayonunda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb.

“Report”un Şirvan bürosunun məlumatına görə, martın 2-də günorta saatlarında rayon sakinləri Saqi Elşən Həsənov qardaşları və daha bir nəfər Ucarın mərkəzindəki çoxmərtəbəli binalardan birinin üzərinə çıxaraq oradan özlərini atmağa cəhd göstəriblər.

Hadisə yerinə rayon icra hakimiyyətinin nümayəndələri, FHN-in xilasediciləri, təcili yardım briqadası və polis əməkdaşları gəliblər. İntihara cəhd etmək istəyən şəxslərlə söhbətdən sonra onları fikrindən daşındırmaq mümkün olub və binanın üzərindən aşağı eniblər.

Hadisə ilə bağlı araşdırma aparılır.


*** 14:11

Ucarda intihara cəhd edilib.  

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Hələlik kimlikləri məlum olmayan 3 nəfər rayon sakini hündür binanın üstünə çıxaraq özlərinə qəsd etmək istəyiblər. 

Əraziyə dərhal hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunublar. Hazırda hər 3 şəxsi binanın üstündən endirmək üçün danışıq aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi