Yuxarı

​Ucarda 15 yaşlı məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə rayonun Təzə Şilyan kəndi ərazisində qeydə alınıb

Bakı. 31 may. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 219-cu kilometrliyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Ucar rayon Təzə Şilyan kənd sakini İsrailov Mahir Yolçu oğlu yolu keçərkən Bakı istiqamətində hərəkətdə olan, 1994-cü il təvəllüdlü Muradov Sahil Fəxlədər oğlunun idarə etdiyi "57 BA 154" dövlət nömrə nişanlı yük maşını ilə vurulub.

15 yaşlı məktəbli aldığı açıq kəllə-beyin travması nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi