Bakı, Ucar və Cəlilabad sakinlərindən silah-sursat götürülüb

Bakı, Ucar və Cəlilabad sakinlərindən silah-sursat götürülüb Ucar rayon sakinində ov tüfəngi aşkarlanıb.
Hadisə
13 Yanvar , 2020 13:26
Bakı, Ucar və Cəlilabad sakinlərindən silah-sursat götürülüb

Ucar rayon sakinində ov tüfəngi aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Zərdab Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Ə.Əliyevdən müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Cəlilabad RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maşlıq kənd sakinləri F.Zeynalovdan, Z.Sadıqovdan və Q.Hüseynovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş 3 ədəd “İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmçinin, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Albalılıq qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Hacıyevdən “TT” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi