Ucar sakini traktorla yolun kənarı ilə gedən həmkəndlisini vuraraq öldürüb

Ucar sakini traktorla yolun kənarı ilə gedən həmkəndlisini vuraraq öldürüb Ucar rayonunda yol-nəqliyyat hadisəsi olub
Hadisə
17 May , 2021 12:34
Ucar sakini traktorla yolun kənarı ilə gedən həmkəndlisini vuraraq öldürüb
0 : 00
0 : 00

Ucar rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 15-də saat 20 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində kənd sakini R.Hüseynov idarə etdiyi “Belarus” markalı traktorla yolun kənarı ilə gedən həmkəndlisi Fəqani Murtuzovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi