Ucar sakini balta ilə öldürülüb

Ucar sakini balta ilə öldürülüb Ucar sakini öldürülüb.
Hadisə
11 İyul , 2020 12:36
Ucar sakini balta ilə öldürülüb

Ucar rayon sakini öldürülüb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, rayonun Bərgüşad kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən balta ilə aldığı ağır xəsarətlə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.

B.Abbasovun yaxın qohumları tərəfindən öldürüldüyü bildirilir. Polis əməkdaşları tərəfindən ölənin qardaşı oğulları Asif və Vasif Abbasovlar şübhəli şəxs qismində saxlanılıb. İlkin ehtimala görə, hadisəyə tərəflər arasında baş verən münaqişə səbəb olub.

Faktla bağı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi