Üç uşaq anasını öldürən şəxs məhkəmədə ifadə verib

Üç uşaq anasını öldürən şəxs məhkəmədə ifadə verib Bakı Ağır Cinayətlər Məhkəməsində üç uşaq anasını qətlə yetirməkdə təqsirləndirilən Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
16 Sentyabr , 2019 13:04
Üç uşaq anasını öldürən şəxs məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində üç uşaq anasını qətlə yetirməkdə təqsirləndirilən Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib. O ifadəsində bildirib ki, üç uşağı olub. Kəmalə Musayeva ilə münasibəti olduğuna görə, öz ailəsi dağılıb. K.Musayeva ona ayrılmaq istədiyini bildirdiyinə görə aralarında mübahisə yaranıb və öna bıçaq zərbələri vurub.

Proses sentyabrın 17-də davam edəcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Səbail rayonu Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib. Mediada yayılan məlumata görə, araşdırma zamanı K.Mikayılovanın sevgilisi tərəfindən öldürüldüyü müəyyən edilib. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri Bakıya qayıdacağı gün Kəmalə sevgilisi -1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu evdə mübahisə edib. Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasınca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.

F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb. F.Abuşov saxlanılaraq istintaqa cəlb edilib.

F.Abuşov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham edilir. 

Son xəbərlər

Orphus sistemi