Üç azərbaycanlı Moskva vilayətində iş adamını qaçırmaqda şübhəli bilinərək saxlanılıb

Üç azərbaycanlı Moskva vilayətində iş adamını qaçırmaqda şübhəli bilinərək saxlanılıb Şübhəlilər iş adamının sərbəst buraxılması üçün 1 milyon rubl (16,1 min ABŞ dolları) tələb edib
Hadisə
13 Aprel , 2018 14:51
Üç azərbaycanlı Moskva vilayətində iş adamını qaçırmaqda şübhəli bilinərək saxlanılıb

Bakı. 13 aprel. REPORT.AZ/ Rusiyanın Moskva vilayətində qarşılığında pul almaq məqsədi ilə qaçırılan kommersiya şirkətinin direktor müavini azad olunub. Onun qaçırılmasında üç Azərbaycan vətəndaşı şübhəli bilinir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Olqa Vradiy bildirib.

Onun sözlərinə görə, 2018-ci il aprelin 11-də sərnişin daşımaları üzrə xidmətlər təklif edən bir şirkətin idarəçisi hüquq-mühafizə orqanlarına müraciət edərək, gecə Solneçnoqorsk rayonunun Andreyevka kəndində naməlum şəxslərin müavinini zorla avtomobilə oturdaraq naməlum istiqamətə qaçırdığını xəbər verib. Cinayətkarlar iş adamının sərbəst buraxılması üçün 1 milyon rubl (16,1 min ABŞ dolları) tələb edib.

O.Vradiyin sözlərinə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində polis qaçırılmış şəxsin kimliyini müəyyənləşdirib və onu azad edib, şübhəli şəxslər isə saxlanılıb. Onun dediyinə görə, şübhəlilər üç işsiz Azərbaycan vətəndaşıdır.

"Yaxın zamanda istintaq şübhəlilərlə bağlı hansı qətimkan tədbirinin seçilməsi məsələsini həll edəcək", - o söyləyib.

Son xəbərlər

Orphus sistemi