Yuxarı

​Üç azərbaycanlı məktəbli "McDonald's"dan oğurluq edib

Polis 5-ci və 6-cı sinif şagirdlərini saxlayıb

Bakı. 03 İyun. REPORT.AZ/ Sankt-Peterburqun Staçek prospektində yerləşən "McDonald's"da məktəblilərin iştirakı ilə oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, kafe rəhbəri nəticədə 105 min rubl (təqribən 2 min dollar) dəyərində ziyana uğradığını bəyan edib.

Polis əməkdaşları hadisə ilə bağlı iki 5-ci və bir 6-cı sinif şagirdini saxlayıb. Onlar Kirov rayonundakı məktəblərdən birində təhsil alırlar. İki oğlan uşağının 14, digərinin isə 16 yaşı var. Onların hamısının azərbaycanlı olduğu bildirilir.

Oğurlanan malların bir hissəsini geri qaytarmaq mümkün olub. Faktla bağlı cinayət işi qaldırılıb.

Yeniyetmələr yaşadığı yerdən kənara çıxmamaq şərti ilə evə buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi