Üç ay əvvəl yol qəzasına düşən şəxs ölüb

Üç ay əvvəl yol qəzasına düşən şəxs ölüb Faktla Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
14 Noyabr , 2016 12:26
Üç ay əvvəl yol qəzasına düşən şəxs ölüb

Qusar. 14 noyabr. REPORT.AZ/ Qusar rayonunda üç ay əvvəl yol qəzasına düşən şəxs ölüb. "Report"un Şimal bürosunun müxbiri xəbər verir ki, hadisə avqustun 22-də rayonun Avaran kəndi ərazisində baş verib. 

Belə ki, Quba rayon sakini Etibar Aslanov  idarə etdiyi "VAZ-21063" markalı avtomobillə yolu keçən Qusar rayonunun Avaran kənd sakini Əvəz Əzizovu vurub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan Ə.Əzizov noyabrın 13-də evində ölüb.

Faktla Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi