Tver vilayətində Azərbaycan vətəndaşı həmyerlisini qətlə yetirib

Tver vilayətində Azərbaycan vətəndaşı həmyerlisini qətlə yetirib Təqsirləndirilən şəxsin özü hüquq-mühafizə orqanlarına təslim olub
Hadisə
1 Fevral , 2017 12:15
Tver vilayətində Azərbaycan vətəndaşı həmyerlisini qətlə yetirib

Bakı. 1 fevral. REPORT.AZ/ Rusiyanın Tver vilayətinin Rameşkovski Rayon Prokurorluğu adam öldürməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı barəsində cinayət işi üzrə ittiham aktını təsdiq edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, ittiham aktına əsasən, Rusiya ərazisində qeydiyyatsız yaşayan Azərbaycan vətəndaşı 28 avqust 2016-cı il tarixində Rameşkovski rayonunun Dulovskoye kəndində Nijni Novqorod vilayətindən onlara gələn həmyerlisi ilə mübahisə edib.

Onlar arasında mübahisə dava-dalaşa çevrilib. Bundan sonra təqsirləndirilən şəxs evə daxil olaraq mətbəxdən bıçaq götürüb və onunla həmyerlisinə baş və sinə nahiyəsindən bir neçə zərbə vurub. Zərərçəkən hadisə yerində ölüb.

Ardından təqsirləndirilən şəxsin özü hüquq-mühafizə orqanlarına təslim olub. O, öldürdüyü şəxsin meyitini avtomobilinə qoyaraq Tver Baş Polis İdarəsinə gətirib və burada qətli törətdiyini etiraf edib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Rameşkovski Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi