Yuxarı

Turqut Qəmbər sərbəst buraxılıb

O, Bakı Şəhər Baş Polis İdarəsində saxlanılırdı

Bakı. 18 avqust. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsində saxlanılan Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər sərbəst buraxılıb.

Bu barədə "Report"a vəkil Nemət Kərimli məlumat verib.

Qeyd edək ki, T.Qəmbər Bakı Apellyasiya Məhkəməsinin qarşısında saxlanılıb. O, Nida Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanla bağlı çıxarılmış həbs qərarından verilən şikayətə baxılarkən məhkəmə binası önündə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi