Turoperatorlara qarşı dələduzluq edən qadın azadlığa buraxılıb

Turoperatorlara qarşı dələduzluq edən qadın azadlığa buraxılıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
29 May , 2019 12:53
Turoperatorlara qarşı dələduzluq edən qadın azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

E.Babayevanın cəzası isə 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror çıxışında E.Babayevin 9 il və E.Babayevanın isə 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Həmçinin dövlət ittihamçısı təklif edib ki, onların 2013 və 2015-ci il təvəllüdlü iki azyaşlı övladının olması, həmçinin E.Babayevanın hamilə olması yüngülləşdirici hal kimi nəzərə alınsın. Uşaqlar hər iki valideynin qayğısından məhrum olmasın deyə, E.Babayevanın cəzası 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınsın.

İttiham aktına əsasən, ər-arvad olan E.Babayevlə E.Babayeva bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər. Zərərçəkmişlər turizm şirkətlərinin nümayəndələridir. E.Babayeva və E.Babayev onlardan iş görmək, turpaketlər təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.

Son xəbərlər

Orphus sistemi