Bakı. 1 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşının baqajından “beşbarmaq” aşkar ediblər.
Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Dalaman-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.