​Türkiyədə müalicədən qayıdan qadın Tovuzda qəzada yaralanıb

​Türkiyədə müalicədən qayıdan qadın Tovuzda qəzada yaralanıb "Mercedes" markalı avtomobil yük maşını "Şaqman"la toqquşub
Hadisə
8 İyul , 2016 19:56
​Türkiyədə müalicədən qayıdan qadın Tovuzda qəzada yaralanıb

Bakı. 8 iyul. REPORT.AZ/ Bakı-Qazax magistral yolunun Qovlar qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı avtomobil yük maşını "Şaqman"la toqquşub. Nəticədə minik maşınında olan 73 yaşlı Gəncə sakini Sitarə İbrahimova xəsarət alıb.Yaralıya tibbi yardım göstərilib. O, daha sonra Gəncədə fəaliyyət göstərən xəstəxanaların birinə göndərilib.

Xatırladaq ki, xəsarət alan qadın Türkiyədən müalicədən qayıdırmış. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi