Dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, materiallar baxılması üçün Bakı
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin olunmayıb.
Cinayət işində 5 zərərçəkmiş var.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir. Vətəndaşların şikayətləri əsasında H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, lakin o, istintaqdan yayınıb. Daha sonra H.Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.