Türkiyədə ev almaq istəyən 71 yaşlı Bakı sakininə qarşı 241 min manatlıq dələduzluq edilib

Türkiyədə ev almaq istəyən 71 yaşlı Bakı sakininə qarşı 241 min manatlıq dələduzluq edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Fevral , 2018 15:54
Türkiyədə ev almaq istəyən 71 yaşlı Bakı sakininə qarşı 241 min manatlıq dələduzluq edilib

Bakı. 20 fevral. REPORT.AZ/ Bakı şəhər sakini ona qarşı dələduzluq edilməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

“Report”un xəbərinə görə, 71 yaşlı Nadir Nəzərov müraciətində bildirib ki, Türkiyə vətəndaşı Hikmət Süleyman Yigitol tərəfindən aldadılıb.

N.Nəzərov qeyd edib ki, o, 2017-ci ilin avqust ayında Hikmet Süleymana Türkiyədə ev almaq üçün 241 min manat verib. Lakin ötən 6 ayda Türkiyə vətəndaşı evi onun adına rəsmiləşdirməyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi