​Türkiyədə baş vermiş kütləvi davada 14 nəfər xəsarət alıb - FOTO

​Türkiyədə baş vermiş kütləvi davada 14 nəfər xəsarət alıb - FOTO Polis 25 nəfəri saxlayıb
Hadisə
19 İyun , 2016 06:24
​Türkiyədə baş vermiş kütləvi davada 14 nəfər xəsarət alıb - FOTO

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyənin Bodrum şəhərində kütləvi dava baş verib. "Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, alış-veriş etmək istəyən iki turisti müştəri kimi cəlb etmək istəyən iki geyim mağazasının işçiləri arasında yaranmış mübahisə qarşıdurma ilə nəticələnib.

Satıcıların dostlarının və yaxınlarının qarşıdurmaya cəlb olunması kütləvi davanın meydana gəlməsinə səbəb olub. Kütləvi davada 50-yə yaxın adam iştirak edib. Hadisəyə polisin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qarşıdurma zamanı 14 nəfər xəsarət alıb. Polis 25 nəfəri saxlayıb. 

Son xəbərlər

Orphus sistemi