Türkiyə zəlzələdən zərər çəkmiş İraqa yardım və xilasedicilərini göndərib

Türkiyə zəlzələdən zərər çəkmiş İraqa yardım və xilasedicilərini göndərib Təbii fəlakət zonasına su, ərzaq, çadır və ədyal aparılıb
Hadisə
13 Noyabr , 2017 05:10
Türkiyə zəlzələdən zərər çəkmiş İraqa yardım və xilasedicilərini göndərib

Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyə 7,2 maqnituda gücündə zəlzələdən sonra fəsadların aradan qaldırılması üçün İraqa öz xilasedicilərini göndərib.

“Report” xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ "Twitter" səhifəsində yazıb.

"Bütün zəruri nəqliyyat vasitələri və heyət hazırlanaraq axtarış-xilasetmə işlərində iştirak etmək üçün təbii fəlakət zonasınaa göndərilib", - deyə o bildirib.

"Sabah" qəzeti yazır ki, Türkiyə Qırmızı Aypara Cəmiyyəti və ölkənin Təbii Fəlakət və Fövqəladə Vəziyyətlərin İdarə Olunması İdarəsi də artıq İraqa su, ərzaq, çadır və ədyal ünvanlayıb.

Son xəbərlər

Orphus sistemi